FHN-in qurumuna təyinat barədə yayılan məlumat təsdiqini tapmadı – YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin olunması ilə bağlı yayılan məlumat düzgün deyil.
ARANTV.AZ-ın məlumatına görə, Azad Əliyev Dövlət Yanğından Mühafizə Xidmətinə rəis müavini təyin edilməyib.
İlhamə Əbülfət
15:06
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin olunub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, daxili xidmət polkovnik-leytenantı Azad Əliyev Dövlət Yanğından Mühafizə Xidmətinə rəis müavini təyin edilib.
Qeyd edək ki, bu vəzifəyə qədər Azad Əliyev Dövlət Yanğından Mühafizə Xidmətində şöbə müdiri olub.

