Cəmiyyət 

Oruclu halda öpüşüb-görüşmək olar?

Bu gün Ramazan ayının 13-cü günüdür. Bir çox oruc tutan xanımlarımız bir-biri ilə salamlaşan zaman öpüşüb-görüşməkdən çəkinirlər. Səbəbi isə orucun pozulması ilə bağlıdır. Bəs həqiqətdə oruc tutan bir xanım digər xanımlarla öpüşüb-görüşə bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı alim, din xadimi Əhliman Rüstəmov açıqlama verib.
O, dində belə bir qadağanın olmadığını bildirib:

“Bunun şəri cəhətdən heç bir problemi yoxdur. Orucu batil edən konkret xüsusi 9 əməl var. Misal üçün yemək-içmək. Lakin kiminləsə öpüşüb-görüşmək bura daxil deyil. Bəziləri bilmədikləri üçün ehtiyat etməklə orucu qoruyurlar. Amma şəriətimizdə belə bir şey yoxdur”.

Daha çox xəbərlər