Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz öz inkişaf göstəricilərinə və əldə etdiyi uğurlara görə hər il ötən ili geridə qoyumaqdadır.
Azərbaycan bu gün prezident İlham Əliyevin rəhbərliyi altında özünün ən sürətli yüksəliş dövrünü yaşamaqdadır. Ölkəmiz hər il əldə etdiyi uğurlarla hər ötən ili geridə qoyur. Bu baxımdan ötən il ölkəmiz üçün bir sıra uğurlarla yadda qalmışdır. Ötən il Azərbaycan işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinə start verməklə yanaşı, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək istiqamətində mühüm irəlləişlərə nail olmuşdur. Bu istiqamətdə ilk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT-nin xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Bu öz növbəsində çox əlamətdar hadisə olmaqla yanaşı, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləməsinin bir göstəricisidir. Eyni zamanda BMT ilə yanaşı ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə isə sıfır olmuşdur. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Amma buna baxmayaraq Azərbaycan tarixi ədaləti öz əzəli torpaqlarını işğaldan azad etməklə bərpa etdi. Bu təşkilatlarla yanaşı Avropa İttifaqıda yeni reallıqları qəbul etmişdir. İmzalanmış son kommuniketdə “Dağlıq Qarabağ” sözünün olmaması, bunu bir daha sübut edir. Artıq Ermənistan tərəfi də reallıqları anlamaqdadır ki, Azərbaycana qarşı yersiz torpaq iddiasından əl çəkmədiyi halqa Ermənistan üçün xoşbəxt gələcək məvhumu əlçatmaz olacaq. Bütün bunlar Azərbaycanın əldə etdiyi uğurların göz önünə sərməklə yanaşı, Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planların uğurla yerinə yetirildiyini göstərir. Bütün bu uğurların fonunda Azərbaycan bütün dünya üçün artıq vacib tərəfdaşa çevrilmişdir. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd olunmuşdur ki, ölkənin iqtisadi göstəriciləri də çox müsbətdir.Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır. Bütün bu sadalananlarda əlavə olaraq ixracımız təxminən iki dəfə artıb. Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir. Ən qürurverici hal odur ki, bütün nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Bütün bu uğurlarımız bir daha Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını göstərir. Biz inanırıq ki, nə qədər ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları Onun laiqli davaçısı olan prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövrün tələblərinə uyğun təkmilləşdirilir, Azərbaycanın xoşbəxt gələcəyə aparan yolda heç bir qüvvə qarşısını kəsə bilməyəcək.
Rövşən Qurbanov,
YAP Goranboy rayon təşkilatının əməkdaşı.

