Region Xəbərləri 

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi.

Bu ilin 12 aprel tarixində keçirilən müşavirədə birinci rübün yekunları və eyni zamanda, ilin sonuna qədər olan planlar haqqında Prezident İlham Əliyevin çıxışından belə qənaətə gəlmək olur ki bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib.
Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start verilmiş, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdilərək hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.
Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa İttifaqı ilə bizim təmaslarımız intensiv xarakter almış, fəal əməkdaşlığımız davam etməkdədir. Məhz bu əməkdaşlıq nəticəsində Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir
Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.
Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır.
Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Postmünaqişə dövrü ilə bağlı əsas məsələlər bundan ibarətdir və bu işlərin böyük hissəsi 2021-ci ildə, bir hissəsi isə bu ilin üç ayında görülüb. Bu, deməyə imkan verir ki, bölgədə, doğrudan da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, Qarabağı da , Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu bir nümunə olacaq.
2022-ci ilin birinci rübünün nəticələri 2021-ci il ərzində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər. Ötən ilin sosial-iqtisadi yekunları göstərmişdi ki, Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail olmuşdur. Belə ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilmişdir, yəni, 2,2 faiz artıq, 3 4 faizin əvəzinə 5,6 faiz.
Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur
Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri- neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir
Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər şübhəsiz ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var.
Beləliklə, biz bu ili də uğurla başa vuracağıq.
Ağdaş regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi – Alı Babayev

Daha çox xəbərlər