Hadisə 

Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  “report”-a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Əmircan qəsəbəsində hərəkətdə olan taksi avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı avtomobildə olan sərnişinlər – 25 yaşlı Cavid Qəhrəmanov və 28 yaşlı Əsgərzadə Fərrux Nizami oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər