Bakıda orta məktəb şagirdi döyülüb

Bakıda orta məktəb şagirdi döyülüb

Bakıda orta məktəb şagirdi döyülüb.

ARANTV.AZ  “Report”a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb. 132 saylı tam orta məktəbin şagirdi, 2008-ci il təvəllüdlü Ömər Hüseyn İbrahim oğlu digər şagird, yaxud şagirdlər tərəfindən döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş nahiyərinin əzikləri diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.