Ukraynada hərbi əməliyyatlar nəticəsində tamamilə dağıdılan evlərin sayı məlum oldu
“Rusiya ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində Ukraynada bugünkü gün 219,6 mindən çox ev tamamı ilə dağıdılıb”.
Bu açıqlama ilə Ukraynanın “Xalqın xidmətçisi” partiyasının sədri Yelena Şulyak çıxış edib.
Yelena Şulyak əlavə edib ki, hərbi əməliyyatlar nəticəsində dağıdılan evlərdən 3 600-dən çoxu mədəni irs siyahısında olub.
“Bizə yeni məlumatlar daxil olmaqda davam edir və qələbəmizdən sonra hansı rəqəmlərlə qarşılaşacağımızı təsəvvür etmək çox ağırdır”, – deyə Yelena Şulyak bildirib.
Mənbə: Truxa “Telegram” kanalı

