Yanvar-fevral aylarında nikahların sayı artıb
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halı qeydə alınıb
ARANTV.AZ xəbər verir ki, bu barədə Statistika Komitəsinin hesabatında qeyd olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

