Beynəlxalq Mədəniyyət Günü münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və mədəniyyət” adlı tədbir keçirilmişdir.
Bu gün 15 aprel Beynəlxalq Mədəniyyət Günü münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və mədəniyyət” adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova bildirdi ki ,Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq.Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb.Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri — teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.
Sonra Mərkəzin elmi işçisi Türkan Şadlinskaya qeyd etdi ki , Sovet İttifaqı dövründə Azərbaycanın UNESCO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, UNESCO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. Ölkənin bu qurumla fəal əlaqələri 1993-cü ilin Sovet İttifaqı dövründə Azərbaycanın UNESCO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, UNESCO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. ikinci yarı- sında ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra real məzmun kəsb edib. Bu sırada Heydər Əliyevin 1993-cü il dekab- rın 19-21-də Parisə səfəri zama- nı UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü xüsusi rol oynayıb.
Daha sonra Bərdə şəhər 4 saylı kitabxananın əməkdaşı Sədaqət Qarayeva çıxış etdi.O bildirdi ki , Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.
Bərdə Dövlət Rəsm Qalereyasının direktor əvəzləyicisi Səidə Yusibova qeyd etdi ki , Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi.
Tədbirin yekununda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir”adlı sənədli film təqdim olundu.






