Region Xəbərləri 

Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir”

Hamıya məlumdur ki, 2021-ci il xaqimizın yaddaşında əlamətdar və unudulmaz bir hadisə kimi həkk olunmuşdur. Ən vacibi uzun illərdən bəri arzuladığımız bir gün gəlib çatmışdır. BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanımışdır. Kiçik dövlət olsaq da respublikamızın mədəniyyət və incəsənət şəhəri sayılan Şuşada aptıq beynəlxalq tədbirlər keçirilməyə başlanılmışdır.
30 il keçməyinə baxmayaraq BMT-nin qərarlarını özumüz öz gücümüzlə həll etdik .Artıq böyük qürur hissi ilə deyirik ki, həsrətini çəkdiyimiz Qarabağ məsələsi həll olundu və biz bir millət olaraq başımızı uca tuta bilirik.
Əbəs yerə deyil ki, millətimiz çox sevimli prezidentimiz İlham Əliyevə inanır və onunla fəxr edir. Həqiqət güclü olduğundan prezidentimiz Qoşulmama hərəkatına rəhbərlik edir. Danılmaz faktdır ki, həmin qrum istər müharibədən əvvəl, istərsə də müharibədən sonra bizimlə həmrəy olmuşdur. Bu arada onu da fəxr ilə demək lazımdır ki, İslam əməkdaşlıq təşkilatı bir neçə mötəbər məclislərdə Azərbaycanın mövqeyini dəstəkləyirdi. Vaxıilə inandığımız Minsk qrupu artıq fəaliyyətsiz bir qrum kimi öz formal fəaliyyətinə son qoymuşdur. Bunu deməyə bizim haqqımız var. Çünki, 30 il ərzində həmin qrup bizi aldadaraq sakitləşdirmək ilə məşğul olmuşdur. Onların məramı və məqsədi açıq-açığına ermənilərin mövqeyləri ilə üst-üstə düşürdü. Bir vaxtlar Avropa İttifaqı bizim üçün əlçatmaz olsa da müharibədən sonra onlar bizimlə razılaşmalı oldular.
Cənab Prezident öz gücünü nümayiş etdirərək yekun kommunikedə demişdir : – “Dağlıq Qarabağ” adı yoxdur və Azərbaycanın xəritəsindən tamamilə silinmişdir. Artıq Avropa İttifaqı Azərbaycan-Ermənistan arasında qonşuluq münasibətinin necə bərpa olması üzırində işləyir. Ermənistan cəmiyyəti də başa düşməyə başlamışdır ki, bu ölkə arasında isti münasibətlərin yaranması üçün Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət prinsipini qəbul etmək məcburiyyətindədirlər.
Ilham Əliyev dəfələrlə öz çıxışında bildirirdi ki, əgər ermənistan normal şəraitdə yaşamaq istəyirsə qonşu dövlətlərlə mehriban münasibət qurmqlıdır.
Artıq Ermənistan başa düşübdür ki, Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharıbə ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu.Burada böyük fəxrlə Xüsusi Təyinatlı qüvvələrimizin qəhrəmanlıqlarını qeyd etməmək olmaz. Arada gəzən bəzi müxalifət qüvvələrinə və Ermənistanın araqarışdıranlarına çagırış edərək deyirik: Məlumunuz olsun ki, Ermənistan bu 44 gün ərzində təxminən 5 milyard dollarlıq döyüş texnikasını itirdi. İndi onların elə bir güçü yoxdur ki, yenidən müharibə etmək düşüncəsi ilə yaşasınlar.
Azərbaycanın müharibədən yeni çıxmasına baxmayaraq ümumi daxili məhsul 6,8 faiz artmışdır.Sevindirici haldır ki, neft ölkəsi olsaq da, qeyri-neft sənayesi 18 faizdən çox inkişaf etməkdədir.
Görünən budur ki, indi dünyada toqquşmalar, müharibələr alovlanır.Belə vəziyyətdə dünyada ərzaq qıtlığı da ola bilər. Buna əsas səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərmək olar. Lakin bunun qarşısını almaq üçün hörmətli Prezidentimiz düzgün göstəriş vermişdir ki, azad edilmiş torpaqlarımızda iqtisadiyyatın inkişafına kömək olaraq genişmiqyaslı əkin işlərinə başlamaq vacibdir. Ona görə də təxirəsalınmaz tədbirlər nəticəsində 50 min hektar əkin işi aparılacağı nəzərdə tutulmuşdur.
Cənab Prezident 10 milyonluq əhalisinin qeydinə qalmaqla bərabər şəhid ailələri və müharibə əlillərinə xüsusu diqqət yetirir.Onlara evlərin tikilib verilməsi, maşınlarla təmin olunması və digər güzəştləri prioritet məsələ kimi Prezidentimizin diqqətində olur.
Nankor düşmənlərimiz tərəfindən işğalda olmuş torpaqlarımız demək olar ki, minalarla zəhərlənmişdir. Şuşa kimi gözəl şəhərin su təchizatı tamamilə dağıdılmışdır.Buna baxmayaraq dövlətimizin gücü öz sözünü deməkdədir.Şuşa yenidən bərpa olunur, 960 şagirdlik məktəb binası,90 çarpayılıq xəstəxana, poçt binası və “Asan xidmət” binası tikilib Şuşalıların ixtiyarına verilməlidir. Bu məsələlərin həllində Heydər Əliyev fondunun böyük xidməti vardır.
Cənab Prezident bir məsələni də xüsusi qeyd etmişdir. O,demişdir ki, TÜRKSOY Şuşanı 2023-cü ildə“Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.
İlham Əliyev yaxın perspektivdə inşa olunacaq sosial obyektlər haqqında məlumat verməyi də unutmadı. O,dedi ki, Ağdamda, Şuşada və Cəbrail şəhərlərinin hərəsində 960 şagirdlik məktəb və xəstəxanalar tikilib camaatın istifadəsinə veriəcəkdir.
Cənab Prezident! fəaliyyətə başladığınız vaxtdan bu günə kimi xalqın güzəranı üçün hansı sözü vermisinizsə ona da əməl etmisiniz.
Məruzənizdə xalqımız üçün verdiyiniz vədlərin hamısına əməl edəcəyinizə inanırıq.
Allah Sizi qorusun !
Dəmir yumruğunuz daha da möhkəm olsun !
Qarabağ Azərbaycandır !
Xocavənd kənd 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Muradova Gülnaz Elmanqızı

Daha çox xəbərlər