Region Xəbərləri 

Hazırki vəziyyət möhtəşəm Zəfərimizdən sonra dünyanın Azərbayacana böyük maraq göstərməsinə əsaslı təsir göstərib.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022 ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə.
2022- ci il aprelin 12 də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekularına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkəmizin prezidenti giriş nitqi söyləyərək ölkəmizdə baş verən proseslərə öz münasibətini bildirmişdir. Ölkə başçısı nitqində ilin üç ayının arxada qaldığını, bu ilin üç ayında ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini,beynəlxalq təşkilatlarda ölkəmizin uğurlu siyasəti haqqında məlumat verdi. Cənab İlham Əliyev BMT-dən sonra ən böyük təşkilatlardan Qoşulmama hərəkatına hazırda Azərbaycan dövlətinin sədrlik etdiyini, Qoşulmama hərəkatı həm müharibədən əvvəl işğal dövründə, həm müharibə,həm də müharibədən sonrakı dövrdə Azərbaycanla həmrəy olduğunu bildirdi. Nitqində Azərbaycan prezidenti Azərbaycanın regiondakı rolu, işğaldan azad olmuş ərazilərdə həyata keçirilən layihələr,ölkəmizin dünyada artan nüfuzu Avropa İttifaqının 44 günlük vətən müharibəsindən sonra regionda yaranmış real mənzərəni qəbul etməsi barədə fikirlər söyləyib. Erməni işğalı haqqında danışarkən ölkə başçısı “Əlbətdə biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq.Eyni zamanda onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür,Ermənistan zəifdir.Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir.”
İqtisadi göstəricilərimiz haqqında danışarkən ölkə başçısı iqtisadiyyatımızın sürətlə inkişaf etdiyini, ümumi daxili məhsulun 6,8 faiz artdığını,qeyri neft sektorunda isə iqtisadi göstəricilərin 10 faizdən çox artdığını, bütün bu nailiyyətlərin ölkədə aparılan islahatlar nəticəsində baş verdiyini bildirdi. “Mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək” Bu sözlər ölkə başçısının qətiyyətli fikirləridir. Müşavirədə Baş nazir Əli Əsədov,Maliyyə naziri Samir Şərifov,İqtisadiyyat naziri Mikayıl Cabbarov müzakirələr ətrafında fikir mübadiləsi aparmışlar. Prezident cənab İlham Əliyev yekun nitqində işğaldan azd edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri aparılmasından Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildiyini,böyük infrastruktur layihələri icra edildiyini, Ağdam və Füzuli şəhərlərinin baş planlarının təsdiq olunaraq işlərə start verildiyini bildirdi.Məcburi köçkünləri öz yurd-yuvasına qaytarmaq üçün kompleks tədbirlər görülməsi haqqında məlumat verdi.Ən qısa zamanda xalqımız keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasına, onların firavan, xoşbəxt yaşamasının şahidlik edəcəkdir.
Hazırki vəziyyət möhtəşəm Zəfərimizdən sonra dünyanın Azərbayacana böyük maraq göstərməsinə əsaslı təsir göstərib. Ölkəmizlə biznes əlaqələri yaratmaq istəyi, iqtisadi tərəfdaşlıq mövqeyi ifadə olunan müraciətlərin günbəgün artması ilə müşayət olunur. Bu isə eyni zamanda mövcud reallıqlar zəmnində Azərbaycanın nüfuz göstəricisinin bariz nümunəsidir.
YAP GÖYÇAY RAYON TƏŞKİLATININ FƏALI :
LALƏ MEHDİZADƏ

Daha çox xəbərlər