Gündəm 

Dayanıqlı iqtisadi inkişaf

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələrindən biridir. Azərbaycan istər regionda, istərsə də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. İqtisadi sahədə qazanılan uğurlar əhalinin maddi-rifah halının yüksəlməsində, həyat tərzinin yaxşılaşmasında, yeni, modern sosial infrastrukturun yaradılmasında da özünü qabarıq büruzə verir. Bunun nəticəsidir ki, Azərbaycan həm də yaşayış üçün dünyanın ən yaxşı ölkələri sırasında yer alır, dünya miqyasında da etiraf edilir və aparılan araşdırmaların nəticəsində öz əksini tapır. İiqtisadi inkişaf göstriciləri ilə yanaşı, islahatlar tempinə görə də Azərbaycan dünya miqyasında öndə gedən dövlətlər sırasında yer alır.

Prezident İlham Əliyev aprelin 12-də  bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə  Azərbaycanın valyuta gəlirlərinin artdığını, qeyri-neft sektorunun inkişafını vurğulamaqla yanaşı Qarabağdakı vəziyyət və Ermənistanla münasibətlərdən də danışdı. 2021-ci ildən etibarən dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı prioritet vəzifələr müəyyənləşdirilmiş, abadlıq- quruculuq işləri ilə bölgənin imicini özünə qaytarmaq üçün ilk növbədə infrastruktur layihələr həyata keçirilməkdədir. Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirəcək. Həmçinin yeni infrastruktur layihələr sayəsində Avrasiyaya yeni nəqliyyat damarının açılması Azərbaycanın tranzit ölkə kimi nüfuzunu qaldıracaq. Böyük maliyyə tələb edən irimiqyaslı layihələrdə iştirak etmək istəyən ölkələrin və şirkətlərin sayının çoxluğu Azərbaycana olan etimadın, etibarın nəticəsidir. Azərbaycan hər bir zaman beynəlxalq layihələrin icrasında özünü etibarlı tərəfdaş kimi tanıtmışdır. Qarabağ bölgəsinin iqtisadi potensialı müəyənləşdirilərkən, qeyd etmək yerində olardı ki, münbit torpaqlara malik ərazilərdə kənd təsərrüfatının – maldarlığın, əkinçiliyin inkişafı üçün əlverişli şərait vardır. Beynəlxalq miqyaslı bir neçə aeroportun tikilməsi, magistral yolların və tunellərin çəkilməsi, “Yaşıl enerji” zonası, “Ağıllı kənd” pilot layihələri çox uğurla icra edilir. Yaxın gələcəkdə Qarabağ “Yaşıl enerji” zonasına çevrilərək regionda bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malik olacaqdır.

Müşavirədə  qeyd olunmuşdur ki, ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. Ümumdaxili məhsul 6,8 faiz, xarici ticari dövriyyəmiz isə 60 faiz artaraq yüksələn xətt üzrə inkişaf etməkdədir. Eyni zamanda öxarici borclarımız azalaraq 600 milyon dollardan aşağı səviyəyə düşmüşdür. Vergi və gömrük orqanları bu ilin üç ayının proqnozlarından əlavə vergi toplamışdılar. Eyni zamanda Azərbaycanda alternativ enerji mənbələrindən istifadə etmək üçün beynəlxalq şirkətlərlə bir neçə iri miqyaslı enerji layihələri həyata keçirilmişdir ki, bu da gələcəkdə ölkəmizi enerji siyasətinə böyük töhfələr bəxş edəcəkdir.  Müasir inkişafın aydın göstəriciləri olan böyük dəyişikliklər həm də ölkəmizin gələcək inkişafının geniş üfüqlərinə də gur işıq salır. Azərbaycan sabahının üfüqlərində xalqımızın daha xoşbəxt gələcəyi və möhkəm, qüdrətli, əbədi olan müstəqil dövlətimizin əzəmətli obrazı canlanır.

Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

Daha çox xəbərlər