Region Xəbərləri 

Tərtərdə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tərtər  rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman  oğlunun doğum günündə xatirəsi anılıb.

YAP Tərtər rayon təşkilatından “İki sahil”ə verilən məlumata görə, təşkilatın sədri Eldar Əsədov, aparat əməkdaşları və partiya fəalları rayonun Kəbirli kəndində  şəhid Hüseynov Elnur Əhliman  oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Daha çox xəbərlər