Gündəm 

Qida və tütün məmulatlarının istehsalı artıb

Cari ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 9,4 faiz, tütün məmulatlarının istehsalında 4,5 faiz artım, içki istehsalında isə 20 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu sahələrin əsas məhsullarından marqarin istehsalı 28,1 faiz, qənd və şəkər tozunun istehsalı 21,7 faiz, kərə yağının istehsalı 1,5 faiz artıb, duru bitki yağlarının istehsalı isə 14,1 faiz azalıb.

Daha çox xəbərlər