Ər və arvad dəm qazından zəhərlənib

Ər və arvad dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə qeydə alınıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində baş verib.

1984-cü il təvəllüdlü Səbuhi Həsənzadə və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Güləndər Həsənzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər.