Region Xəbərləri 

Bu gün Tovuzda qanvermə aksiyası keçirilir

Bu gün Tovuz rayon Hemodializ və Diaqnostika Mərkəzində saat 09:30-dan 16:00-a kimi Talassemiya və Hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçiriləcəkdir.
Aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.
Əziz tovuzlular hər birinizi qanvermə aksiyasında iştirak etməyə dəvət edirik.

Daha çox xəbərlər