Region Xəbərləri 

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, Bələdiyyə torpaqlarının, xüsusən də örüş yerlərinin icarə vəziyyətinin təhlil edilməsi, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, Goranboy şəhərində və Şəhidlər Xatirə Kompleksində aparılan yenidənqurma işləri, İctimai-sosial işlərdə çalışanlarla bağlı şəffaflığın təmin edilməsi məqsədi ilə müntəzəm monitorinqlərin və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.

Daha çox xəbərlər