Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını uğurla yerinə yetirdi.
2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük şanlı Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında saxladığı doğma torpaqlarımızı yağı düşməndən azad edibdir. Bununla da, Milli Ordumuz Tarixi Zəfər qazanıbdır. Hər bir azərbaycanlı bundan sonsuz qürur duyur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olundu. Bütün dünya bilməlidir ki, Qarabağ bizim əbədi, əzəli torpağımızdır. Ölkəmizdə ordu quruculuğu prosesi uğurla həyata keçirilir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.
Vahid bayraq altnda birləşən şanlı Ordumuzun əldə etdiyi bu uğurun səbəbi bütün sahələrdə, eləcə də müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırması yolunda səylərini əsirgəməyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Qalibiyyətimiz Ali Baş Komandanımızın diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir.
2022- ci ilin aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Tədbirdəki giriş nitqində dövlətimizin başçısı bildirib ki, ölkəmizdə ordu quru¬culuğuna diqqət və qayğı bundan sonra da artırılacaq. Möhtərəm Prezidentimiz bu barədə danışarkən demişdir: “İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Ermənistanda isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik”..
Azərbaycan Ordusu bu gün dünyanın ən güclü ordu¬larından biridir. Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəngin təcrübəsi hazırda dünyanın hətta bir çox böyük dövlətləri və orduları tərəfindən diqqətlə öyrənilir. Bu, əlbəttə, çox qürurverici haldır! Azərbaycan Ordusunun za¬biti olmaq istəyən gənclərin sayı durmadan artmaqdadır.
Azərbaycan xalqı öz ordusuna inanır, ona etibar edir, rəğbət bəsləyir və onu qəlbən sevir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ortaya qoyduğu güc xalqı öz Liderinin ətraflnda birləşdirərən vahid Dəmir yumruğa çevirdi. Bu yumruq xalqın birliyini, bərabərliyini sübut etdi. Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır.
YAP Tərtər rayon təşkilatının əməkdaşı- Əli Paşayev

