Əsas səhifə 

Biz Qarabağ bölgəsində cənnət yaradacağıq

Azərbaycan yerləşdiyi coğrafi məkanda həm söz, həm də güc sahibidir. Əldə edilmiş qələbə ölkəmiz qarşısında yeni imkanlar yaratmaqla yanaşı, yeni iqtisadi və siyası cəhətdən daha da qüvvətli Azərbaycanın qurulmasına xidmət etmiş oldu.
Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran əsas məsələ Qarabağın yenidən qurulması və bərpası idi. Çünki 30 il ərzində Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi, ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Biz işğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış” astanasındayıq. Bu şərəfli missiya dövlət başçımızın 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişa­fına dair beş milli prioritetdən biri kimi müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdi­yinin bariz nümunəsidir. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.
Azərbaycanda, ilk dəfə olaraq, “ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası tətbiq olunur. “Ağıllı kənd” layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində artıq uğurla icra olunur. Qeyd etmək lazımdır ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası özündə Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırıl­ması, onların göstərilməsində informa­siya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafını ehtiva edir.
YAP Xəzər rayon təşkilatı “Sergey Yesenin 99” ərazi partiya təşkilatının sədr müavini Quliyeva Səlimə İsmayıl qızı

Daha çox xəbərlər