Xalqımız cənab Prezidentin rəhbərliyi altında Qarabağı cənnətə çevirəcək görünür Cənnət uzaqda deyil.
Prezident İlham Əliyevin sədrliyi ilə Aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Müşavirədə bir çox mövzulara toxunulmuş, qarşıya qoyulmuş hədəflər müzakirə olunmuşdur. Əsas mövzulardan biri işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinin yüksək səviyyədə görülməsidir. Məlum olduğu kimi İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Prezidentin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanıb və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçirilir. Prezident İlham Əliyevin “Qarabağ bölgəsində cənnət yaradacağıq” ifadəsi bizlər üçün bir şüara çevrilmişdir. Artıq bütün dünya qəbul edir ki, Azərbaycan çox güclü dövlətdir və bu dövlət özünün ərazi bütövlüyünü istənilən zaman qorumağa qadirdir. Xalqımız cənab Prezidentin rəhbərliyi altında Qarabağı cənnətə çevirəcək görünür Cənnət uzaqda deyil.
YAP Göyçay rayon təşkilatının əməkdaşı : Ülviyyə Məhərrəmova

