Qida məhsullarının ölkə idxalında çəkisi 17% təşkil edib
Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 490 183,74 min ABŞ dollarına bərabər olub.
ARANTV.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 7,7% artıb.
Ümumilikdə cari ilin ilk üç ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 16,75% təşkil edib.

