Azərbaycana düyü idxalı 3%-dək artıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 13 107,00 ABŞ dolları dəyərində 16 018,61 ton düyü idxal edilib.
ARANTV.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə idxal edilən düyünün dəyəri 22,2%, həcmi isə 2,9% artıb.
Qeyd edək ki, cari ilin birinci rübündə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,45%-nə bərabər olub.

