Bu ilin üç ayında 2932 ton süd idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən südün dəyəri 4,1 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-mart aylarında dəyəri 2,8 milyon dollar olmaqla 1919 ton süd idxal edilib.
