Gündəm 

Plastmas idxalı artıb

Yanvar-mart aylarında 46,6 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 102,3 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 76,9 milyon dollar olmaqla 39,7 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

Daha çox xəbərlər