Cəmiyyət 

Uşaqların planşet və televizora baxaraq yemək yeməsi piylənməyə səbəb ola bilər

Uşaqlar planşet və ya televizora baxaraq yemək yeməyə çalışırlar. Bu vəziyyət gələcəkdə həm ekran asılılığına, həm də piylənməyə səbəb ola bilər. Uşaqların sağlam böyüməsi üçün bu cür vərdişlərdən uzaq durmağı vacibdir.

Bunu pediatriya mütəxəssisi professor Onur Yılmaz deyib.

Professor, həmçinin qeyd edib ki, “Böyümənin monitorinqi dinamik bir prosesdir və pediatrlar üçün zəruridir. Xüsusilə uşaqlarda hər hansı problemin diaqnozunu qoya və xəbərdar ola bilmək üçün böyümə, çəki və boyatma dəyərləri mütəmadi olaraq ölçülməli və qiymətləndirilməlidir. Böyümə, hüceyrə ölçüsü və say artımı bədənimizin həcm və kütlə qazanmasıdır. İnkişaf edən hüceyrə və toxumaların funksionallaşması, zehni funksiyaların artması ilə yanaşı, dil inkişafı da vacib amillərdəndir. Böyümə təqibi bizə uşaqların sağlamlığı haqqında məlumat verir. Xüsusilə yeni doğulan dövrdən 18 yaşın sonuna qədər uşaqları müayinə edirik”.

ARANTV.AZ “Hürriyet”ə istinadla bildirir ki, uşaqların planşet və televizora baxaraq qidalanması halı onların gələcək sağlamlığı üçün ciddi təhlükə yaradır. Ailələrə xəbərdarlıq edən O.Yılmaz “Uşaqlar daim yeməyə təşviq edilməli, lakin heç vaxt zorla yeməyə məcbur edilməməlidir. İlk olaraq onlara bəyəndikləri yeməklər verilməli, bəyənmədikləri yeməklərin isə faydaları izah edilərək tədricən dadılmalıdır. Yeməklər müəyyən miqdarda olsun. Valideynlərin ən çox etdiyi səhvlərdən biri də uşaqların planşet və ya televizora baxaraq yemək yeməsinə imkan yaratmasıdır”.

Daha çox xəbərlər