Putin Paşinyanla Qarabağla bağlı müzakirələr aparacaq

Putin Paşinyanla Qarabağla bağlı müzakirələr aparacaq

Rusiya Prezidenti Vladimir Putin aprelin 19-da Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağa dair razılaşmaların icrasının gedişatını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Tərəflərin həmçinin ikitərəfli gündəmdə dayanan aktual məsələləri də müzakirə edəcəkləri bildirilir.