Region Xəbərləri 

İlin birinci rübü Ağsuda aqrar sektor üçün uğurlu olub

Cari ilin ilk üç ayında Ağsu rayonunda kənd təsərrüfatı məhsullarının buraxılışında 11,3 faiz artım olub.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin birinci rübündə Ağsuda kənd təsərrüfatında ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 300 min manat artaraq 12 milyon 500 min manata çatıb. İlk rübdə, soyuq qış aylarında məhsul buraxılışı əsasən kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın payına düşür.

Qazanılan uğurlarda iri heyvandarlıq təsərrüfatı olan “Ağsu Aqropark” MMC-nin, Gəgəli, Kəndoba, Qaraqoyunlu və bir sıra digər icra nümayəndəliklərindəki ailə-kəndli təsərrüfatlarının payı daha çoxdur.

Daha çox xəbərlər