Gündəm 

Azərbaycana tütün məmulatlarının idxalı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri, bir il öncəki göstəriciyə nisbətən azalıb.

ARANTV.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 14 821,44 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu, 2021-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 8 006,9 min dollar və ya 35,1% azdır.

Qeyd edək ki, cari ilin ilk üç ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,51%-nə bərabər olub.

Daha çox xəbərlər