Azərbaycana alkoqollu içkilərin ixracı və idxalı azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 1 938,62 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.
ARANTV.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 1 475,08 min dollar və ya 43,2% azalıb.
Cari ilin ilk üç ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,27%-ə bərabər olub.
Hesabat dövründə, bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 13 213,5 min dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvar-mart aylarının göstəricisindən 0,7% azdır. Bu ilin birinci rübündə qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,53% təşkil edib.

