“Gənclərin yumşaq bacarıqları”
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində “Gənclərin yumşaq bacarıqlar (soft skills) üzrə bilik və bacarıqların artırılması” mövzusunda təlim keçirilib. Biznes və Karyera planlaşdırılması üzrə peşəkar təlimçi Rafət Şirəliyev tərəfindən aparılan təlimdə Masallı Dövlət Regional Kollecinin tələbələri və rayonun fəal gənclər iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva təlim iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Sonra R. Şirəliyev tərəfindən təlimdə gənclərə şəxsi, ünsiyyət, müstəqil özünü ifadə etmək və digər həyati bacarıqların, eləcə strateji baxışın inkişafından ötrü məlumat və vacib tövsiyələr verilib. Həmçinin təlim zamanı mövzu ilə bağlı praktik çalışmalar da olubdur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


