“Belavia” Azərbaycana gündəlik uçuşlar həyata keçirəcək

“Belavia” Azərbaycana gündəlik uçuşlar həyata keçirəcək

Belarusun “Belavia” aviaşirkəti bundan sonra Azərbaycana gündəlik uçuşlar həyata keçirəcək.

Bu barədə Belarus Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Minskdən uçuş saat 23:00-da, Bakıya çatma isə saat 3:55-də (Bakı vaxtı ilə) olacaq. Səyahət 3 saat 55 dəqiqə çəkəcək.

Bakıdan Minskə uçuş müddəti isə 4 saat 10 dəqiqə təşkil edəcək. Belə ki, Bakıdan saat 4:55-də qalxan təyyarə 8:05-də Minsk hava limanına enəcək.