Gündəm 

Azərbaycanın startap layihəsi Yaxın Şərq və Şimali Afrika bazarlarına çıxacaq

Azərbaycanın “Paymes” startap layihəsi Yaxın Şərq və Şimali Afrika regionuna çıxmaq üçün Səudiyyə Ərəbistanın “PayTabs” şirkəti ilə birləşir.

Bunu Trend-ə “Paymes”biznes inkişafı üzrə meneceri Tariyel Ağazadə deyib.

Onun sözlərinə görə, Yaxın Şərq və Şimali Afrika regionunda milyonlarla sahibkara elektron kommersiya xidmətləri göstərmək üçün “Paymes” və “PayTabs” arasında müvafiq saziş imzalanıb.

“Bu əməkdaşlıq çərçivəsində “PayTabs” “Paymes”in Türkiyə və Azərbaycandakı ofislərini idarə edəcək. Şirkətlər arasında əməkdaşlıq Azərbaycan startapının ödəniş texnologiyaları və imkanlarının genişlənməsinə xidmət edəcək”, – deyə o bildirib.

Daha çox xəbərlər