Hadisə 

Sumqayıtda iş adı ilə evdən çıxan gənc itkin düşdü

Sumqayıtda gənc oğlan itkin düşüb.

Lent.az-ın məlumatına görə, şəhər sakini 20 yaşlı Röyal Muradov adlı şəxs 4 gün əvvəl işə getmək adı ilə evdən çıxıb. Ancaq sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, Röyal heç işlədiyi obyektə də çatmayıb.

Onun Sumqayıt şəhərindəki “Xəlifə” şadlıq sarayında işlədiyi bildirilir.

Röyalı görənlərdən polisə məlumat vermələri xahiş olunur.

Daha çox xəbərlər