Region Xəbərləri 

Ağdaşda aqrar sektorda məhsul buraxılışının həcmi 12,3 faiz artıb

Ağdaş rayonunda kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsidir və cari ilin birinci rübündə bu sahədə məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-mart aylarında aqrar sektorda ümumi məhsul buraxılışının həcmi 21 milyon 657 min manat olub. Bu göstərici 2021-ci ilin ilk üç ayındakı göstəricidən 2 milyon 373 min manat çoxdur.

Cari ilin birinci rübündə ümumi məhsul buraxılışı əsasən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın payına düşüb.

Daha çox xəbərlər