Hadisə 

Gəncədə baş verən dəhşətli qəzanın görüntüləri – ANBAAN VİDEO

Yeni Gəncə yaşayış massivində zəncirvari qəza baş verib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, hadisə şəhərin Səməd bəy Mehmandarov küçəsində baş verib.

VAZ-2107 və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində sürücülərdən biri başından xəsarət alıb.

Görüntülərdən bəlli olur ki, dönmə manevri edən “Mitsubishi”nin sürücüsü qarşıdan gələn VAZ-2107-ni gözləmir.

Bu zaman sonuncu ona çırpılıb. Qəza səbəbkarı isə yolun kənarında park edilmiş avtomobili vurub.

Faktla bağlı araşdırma aparılıb.

Həmin görüntüləri təqdim edirik:

Daha çox xəbərlər