Gündəm 

Azərbaycana kakao idxalı martda artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 21 213,80 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.

ARANTV.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 10% azalıb.

Bu ilin fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 708,13 min dollar və ya 9,3% artıb. Mart ayında ölkəyə 8 315,37 min dollar dəyərində kakao məhsulları idxal olunub.

Cari ilin ilk üç ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,72%-ə bərabər olub.

Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 1 750,13 min dollar təşkil edib ki, bu da bir il öncəki müvafiq göstəricidən 68,2% çoxdur. Cari ilin yanvar-mart aylarında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.

Daha çox xəbərlər