Gündəm 

Azərbaycanda qaz istehlakı artıb

Bu ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4,8 mlrd. kub metr təşkil edib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar-mart aylarında ötən ilin analoji dövrü ilə müqayisədə qaz istehlakı 9,3% artıb.

Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3%-ə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib.

Daha çox xəbərlər