Cəmiyyət 

Metroda həyəcanlı anlar – Sərnişinlər düşürüldü

“Həzi Aslanov-İçərişəhər” istiqamətində hərəkət edən metro qatarının sonuncu vaqonunda metropolitenə xas qoxu olub.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Qatara baxış keçirilib. Hər hansısa texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin natahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb. Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qalxdıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək”, – deyə o bildirib.

Daha çox xəbərlər