Türkiyədə avtobusa bomba qoyuldu – Ölən və yaralananlar var
Bursada həbsxana əməkdaşlarını daşıyan avtobusda partlayış kustar üsulla hazırlanmış bomba ilə hücum nəticəsində baş verib.
ARANTV.AZ-ın NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Bursa valisi Canbolat məlumat verib.
O, kustar üsulla hazırlanmış bombanın uzaqdan idarəetmə ilə işə salındığını düşündüklərini deyib.
Partlayış nəticəsində bir nəfər ölüb, biri ağır olmaqla, dörd nəfər yaralanıb.

