Gündəm 

Azərbaycan Altay yarmasının əsas idxalçı ölkələri sırasında yer alıb

Bu ilin yanvar-mart aylarının nəticələrinə görə, Azərbaycan Altay yarmasının əsas beş idxalçı ölkələri sırasında yer alıb.

ARANTV.AZ Altay Ərazisi Qida, Emal, Əczaçılıq Sənayesi və Biotexnologiyalar İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk üç ayı ərzində rayonun taxıl emalı müəssisələri tədarük həcmini xeyli artırıb.

İstehsalın ümumi dəyəri 17 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 63% çoxdur.

Üyüdülmüş məhsul ixracının strukturunda tədarükü 14 mln. dollar dəyərində, həcmi isə 21 min ton təşkil edən dənli bitkilər və dənli lopalar aparıcı yer tutur.

Altay yarmasının ilk beş idxalçısı siyahısına Özbəkistan (5,5 min ton), Gürcüstan (1,9 min ton), Azərbaycan (2,2 min ton), Monqolustan (1,5 min ton) və Belarus (1,5 min ton) daxildir.

Hesabat dövründə, ümumilikdə 3 mln. dollar dəyərində təxminən 7,5 min ton un tədarükü olub. Bu kənd təsərrüfatı məhsulunun əsas alıcıları Əfqanıstan (5,5 min ton), Özbəkistan (670 ton) və Türkmənistan (618 ton) olub.

Daha çox xəbərlər