Kriminal 

Bakıda 15 yaşlı oğlan anasını QƏTLƏ YETİRDİ – YENİLƏNİB

Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C.-nin qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

14:18

Nizami rayon ərazisində qadını qətlə yetirən şəxs saxlanılıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova oğlu, 2007-ci il təvəllüdlü A.C. ilə mübahisə edib.

Nəticədə oğul anasını qətlə yetirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən qadının qətlə yetirilməsi Oxu.Az-a təsdiqlənib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

13:25

Bakıda dəhşətli qətl törədilib.

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb.

Hadisənin motivi hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Daha çox xəbərlər