Gələcəyimizi sağlam qurmaq biz gənclərin öz əlindədir.
20 aprel tarixdə Kortala kənd diyarşünaslıq evində Narkomaniya əleyhinə ” Əsrin bəlası ” başlığı altında dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı müəssisənin müdiri Şəfa Məmmədova açdı və söylədi ki, Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.
Daha sonra müəssisənin mədəni təşkilatçısı Aytən Kərimova çıxış edərək bildirdi ki, Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır.
Daha sonra tədbirdə iştirak edən Şibliyev Ülvi, Kərimov Anar çıxış edərək bildirdilər ki, Narkomanlığın qarşısını almaq üçün biz gənclərin üstünə çox iş düşür. Gələcəyimizi sağlam qurmaq biz gənclərin öz əlindədir.





