Bərdədə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
19 aprel 2022-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə, İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbin idman meydançasında rayonun tam orta məktəblərin çağırışaqədər yaşlı oğlanlardan ibarət komandalar arasında Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.Birincilikdə 11 komanda (6 şəhər,5 kənd) iştirak etmişdir.
Yarışın yüksək səviyyədə keçirilməsi və idarə olunması üçün aşağıdakı tərkibdə hakimlər heyəti təyin edilmişdir:
1.Rəsulov Anar Həsən oğlu – Təhsil Şöbəsinin metodisti – baş hakim
2.Əliyev Nurəddin Qəhrəman oğlu – Respublikanın əməkdar müəllimi və məşqçisi – hakim
3.İsayev Nizami Çərkəz oğlu – Atletika üzrə rayonun baş məşqçisi – hakim
4.Ocaqverdiyev Rəşad Fərhad oğlu – Ak.Z.Əliyeva adına t.f.t.m.l. f/t müəllimi – hakim
5.Rəsulova Pəri Xanlar qızı – Şəhər 8№li tam o/m fiziki tərbiyə müəllimi – hakim
Yariş təsdiq olunmuş əsasnaməyə uyğun olaraq 4 mərhələdə (100 və 1000 metr məsafələrə qaçış,turnikdə dartınma və qumbara atma) keçirilmişdir.Birinciliyin nəticələri aşağıdaki kimi olmuşdur:
1.T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası – 559 xal – I yer
2.İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbi – 448 xal – II yer
3.N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbi – 420 xal – III yer
4.Şəhər 8№li tam orta məktəbin komandası – 395 xal – IV yer
5.Ak. Z.Əliyeva adına t.f.t. məktəb-liseyin komandası – 392 xal – V yer
6.Y.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbin komandası – 340 xal – VI yer
7.N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin komandası – 329 xal – VII yer
8.S.Behbudov adına şəhər 6№li tam orta məktəbin komandası – 260 xal – VIII yer
9.Şəhid Alı adına şəhər 5№li tam orta məktəbin komandası – 232 xal – IX yer
10.F.Musayev adına şəhər 7№li tam orta məktəbin komandası – 215 xal – X yer
11.Kətəlparaq kənd tam orta məktəbin komandası – 149 xal – XI yer
Mərhələr üzrə ən yüksək nəticələr göstərmiş idmançılar: 1.Məmmədli Rasim Müşviq oğlu – 100 metr m/qaçış – 12.05 saniyə (Xanqaraqoyunlu kənd tam o/m) 2.Vəliyev Elgün Oktay oğlu – 1000 metr m/qaçış – 3 dəq.28 saniyə (Xanqaraqoyunlu kənd tam o/m)
3.Əbdürəhmanov Sərvan Kənan oğlu – turnikdə dartınma – 20 dəfə (Yeni Daşkənd kənd tam o/m)
4.Bilalov Əhməd Səbuhi oğlu – qumbara atma – 48,5 metr (Kələntərli kənd tam o/m)
Yarışda I,II,III yerləri tutmuş komandalar və hər mərhələdə ən yüksək nəticələr göstərmiş idmançılar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomlaı ilə təltif olunmuşdur.






