Hava şəraiti ilə əlaqədar gəmilər lövbər sığınacaqlarında dayanıb
Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Bu barədə ASCO-dan “İki sahil”ə bildirilib.
Məlumata görə, gəmilərə ötən gündən göndərilən xəbərdarlıqda gəmi kapitanlarına təhlükəsizliyin təmin edilməsinə dair müvafiq digər təlimat və tapşırıqlar verilib.
“Günün ikinci yarısı küləyin səngiyəcəyi gözlənilir. ASCO donanmasına aid gəmilər bundan sonra fəaliyyətlərini davam etdirəcəklər”, – məlumatda qeyd olunub.

