Təbiəti qorumaq üçün birgə mübarizə aparmalıyıq!
20 aprel 2022-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllülərinin , Gənclərin İnkişaf və Karyera Mərkəzi könüllülərinin və bir qrup fəal gənclərin iştirakı ilə ekoloji saflığın qorunması məqsədilə Bərdənin “Xan meşəsi” adlanan ərazisində “Ekodost” adlı aksiya keçirilmişdir.
Öncə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycanda və eləcədə rayonumuzda ekoloji saflığın qorunması sahəsində aparılan işlərdən danışdı, ətraf mühitin qorunması, təmizliyə riayət olunması, məişət tullantılarının ətraf mühitə və eləcə də flora və faunaya vurduğu zərərlər barədə söhbət apardı.
Sonra “Xan meşəsi” adlanan ərazinin müəyyən edilmiş sahəsi gənclər tərəfindən plastik qablardan, polietilen torbalardan, məişət tullantılarından təmizlənərək məhv edilməsi üçün aidiyyatı yerə təhvil verildi.






