Region Xəbərləri 

Aprelin 21-də Qazaxlar kənd tam orta məktəbdə “Şuşa ili” proqramı çərçivəsində breyn-rinq intellektual bilik yarışı keçirilib.

Bilik yarışına 5, 6, 7, 8 və 9-cu sinif şagirdləri cəlb olunub və onlar “Lütvi Zadə”, “Nizami”, “Füzuli”, “Tusi” komandalarında birləşiblər. Yarışın təşkil olunmasının əsas məqsədi məktəblilərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və digər bacarıqlarının üzə çıxarılmasından ibarət olub. Yarışın ilkin mərhələsində komandalar tarix, coğrafiya, riyaziyyat, kimya, fizika, biologiya fənləri və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. İkinci mərhələyə keçid edən “Füzuli” və “Nizami” komandaları bu mərhələdə 10 suala cavab verməli olublar. Mərhələnin sonunda “Füzuli” konandası 6 xal toplayaraq qalib olub. Yarışın sonu bədii hissə ilə yekunlaşıb və qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub.

Daha çox xəbərlər