Hadisə 

Bakıda qadını avtomobil vurub

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, Azadlıq prospektində “Toyota” markalı avtomobil yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1988-ci il təvəllüdlü Məcidova Günay Tehran qızını vurub.

Qadın sürücünün köməkliyi ilə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər