Qeyri-neft-qaz sektoru üzrə ÜDM rekord həddə artıb – Nazir
Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul (ÜDM) ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə artıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.”Qeyri-neft-qaz sektoru üzrə ÜDM ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə – 10,3% artaraq 15 mlrd. 9,9 mln. manata çatıb. Bu, Azərbaycan iqtisadiyyatında bərpa prosesinin sürətləndiyini göstərən mühüm göstəricidir”, – nazir qeyd edib.

