Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti.
Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə qeyd edirdi ki: “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailliyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hissəsini biz öz dilimizidə ifadə edə bilirik”.
Bu sözlərə istinad olaraq deyə bilərəm ki, əsrlər, qərinələrdir ki, xalqımıza o taylı bu taylı Azərbaycana xidmət edən dilimiz qədim tarixə malik olan, min illərin növbənöv burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır. Vaxtilə Azərbaycanın böyük şairi Süleyman Rüstəmin “Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə, Sənin də bağın var, gülün var, çəkin! , Bağıma əkdiyim gülümə dəymə“ deməsi dilimizin sabahını düşünən böyük şairin vətəndaş etirazı idi.
Belə qəanətə gəlmək olar ki, türk dillərinin, o, cümlədən Azərbaycan dilinin daxili energisinin, potensial gücünün, ifadə imkanlarının və lüğət tərkibinin zənginliyini, qrammatik quruluşunun bütovlüyü və sair xüsussiyyətləri dilimizin assimiliyasiyasının qarşısını almışdır. Dilimizin daxili potensial imkanları, gücü, enerjisi və müqaviməti yad dillərin mövqeyini üstələyə bilmiş, bununla da dilimiz elm, sənət və ədəbiyyat dili kimi daim hücümçu mövqedə olmuş, qalib gəlmək və yaşamaq haqqına çıxmışdır.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji–mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu və onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəsislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə-müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi.
2001–ci ildə Ümummilli liderimizin imzaladığı Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökümət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.
Ulu öndər Heydər Əliyevin dil siyasəti özünə məxsus möhkəm prinsiplər əsasında qurulmuşdur.
Bu siyasət, hər şeydən öncə, demokratik prinsiplərə əsaslanır. Bu demokratiklik isə, birinci növbədə hər bir məsələnin həllində xalqın, o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır. Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik, uzaq görənlikdir.
Bütün sahələrdə olduğu kimi, dil siyasətində də o, qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhdlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verir. Hər bir məsələni hərtərəfli götür-qoy etmək, dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edir.
Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir. Obyektivlik dil siyasətində məsələnin hissiyata qapılmadan, təmkinlə və ən vacibi, qanunların aliliyinə hörmətlə həll edilməsidir.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük Öndər Heydər Əliyevin 18 iyun 2001 ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələrərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradann qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanları bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.”
Ümümmilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu qiymətli ən milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.”
Müstəqllik illərində Ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Azərbaycan dilinin özünə məxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.
Türk dünyası yazıçılarının 1996-cı il noyabrın 6 da keçirilmiş III qurultayında “Mən fəxr edirəm ki, türk ellərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik-deyirdi böyük Öndər Heydər Əliyev. ”
Böyük Öndər Heydər Əliyev Ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi, neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salıb, cəsarəti şəxsi nümunəsi ilə milyonlarla insanların ürəyindən keçənlərin iradəsinə çevrilmiş, haqq sözünü demiş, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan etmişdir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin—ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik.
Beləliklə, minilliklər boyu formalaşan və bu gününmüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimiliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiymiz uğurların əsasını təşkil edir.
Bərdə rayon N.Nərimanov adına 3 № li tam orta məktəbin tarix müəllimi – Cəfərova Elnarə

