Qobustanda aqrar sektorda ümumi məhsul buraxılışının həcmi 9,8 faiz artıb
Qobustan rayonunda kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsidir. Cari ilin birinci rübündə bu sahədə ümumi məhsul buraxılışının həcmində 9,8 faiz artım olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin ilk üç ayında Qobustanda kənd təsərrüfatında ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 186,9 min manat artaraq 13 milyon 296,5 min manata çatıb.
Cari ilin birinci rübündə məhsul buraxılışında artım əsasən heyvandarlığın payına düşüb.

